AZ

“Azercosmos” iki telekommunikasiya peykini idarə edir - Fuad Aslanov

Bakı. Trend:

Hazırda “Azercosmos” iki telekommunikasiya peykini idarəedir.

Trend xəbər verir ki, bu barədə “Azercosmos”un sədr müavini FuadAslanov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən“Artan bağlantı ehtiyacları üçün telekommunikasiyaarxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldəçıxışı zamanı deyib.

O bildirib ki, agentlik hazırda 50 ölkədə xidmət göstərir.

“Peyk-kommunikasiya bazarı hazırda 20 milyard dollardəyərindədir. 2032-ci ildə bunun 123 milyard dollara çatacağıdüşünülür.

İnsanlar baş verəcək fövqəladə halları öncədən təxmin edəbilməz. Bu səbəbdən fövqəladə xəbərdarlıq kommunikasiya sistemininyaradılmasına ehtiyac var. Biz son 2 ildə bu istiqamətdə müəyyənişlər gördük və bəzi uğurlu sınaqlar həyata keçirdik”, - deyə obildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “AzercellTelekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq. Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm dədigər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçünbütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətihaqqında danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
az.trend.az

2Mənbələr