AZ

Trampın ironiyası: Dünya parçalanır, Blinken mahnı oxuyur

ABŞ dövlət katibi Antoni Blinken heç yaxşı hərəkət etmir, dünya parçalanarkən o, Kiyevdə gecə klubunda mahnı ifa edir.

Publik.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Bizə lazım olan bu deyil. Bu, mərkəzi televiziya üçün kastinq deyil. Bir baxın o nə edir. Dünya parçalanır, o isə mahnı oxuyur”, - deyə Tramp bildirib.

Xatırladaq ki, Blinken Kiyevdə səfərdə olarkən gecə klubuna gedərək orada yerli qruplardan biri ilə səhnədə çıxış edib. Nəşrin dərc etdiyi videogörüntülərə əsasən, ABŞ dövlət katibi musiqiçilərlə birlikdə gitarada Yanqın 1989-cu ildə yazılan "Rockin in the Free World" mahnısını ifa edib.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
publika.az

1Mənbələr