AZ

“Sabah”ın legioneri mövsümü bitirib

“Sabah”ın futbolçusu Davit Volkov mövsümü başa vurub.

Offsideplus.az xəbər verir ki, gürcüstanlı legioner cəza üzündən son iki turu buraxacaq.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib. Qurum Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan futbolçu ilə bağlı qərarını verib.

Volkov 2-si şərti olmaqla 4 oyun cəzalanıb. “Sabah” 3000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
offsideplus.az

2Mənbələr