AZ

Paşinyan: Əskipara-Baqanis yolu artıq təhlükəsizdir

"Berkaber (Qızıl Hacılı-red) ərazisində demarkasiya prosesində heç bir problem yaşanmayıb. Nəticə ilə də bağlı heç bir problem yoxdur".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında baş naziriNikol Paşinyan deyib.

“Biz deyirdik ki, Bağanis-Voskepar (Bağanis Ayrım - Aşağı Əskipara-red.) kəndlərinin bəzi ərazilərində problemlər ola bilərdi. Amma praktikada heç bir problem olmadığı ortaya çıxdı. Bilirsiniz ki, Voskepar kilsəsi və köhnə Voskepar-Baqanis (Bağanis Ayrım - Aşağı Əskipara-red.) yolu ilə bağlı çox həssas məsələlər var idi.

Demarkasiya nəticəsində bu yol nəinki tamamilə Ermənistanın suveren ərazisində yerləşir, həm də yeni şəraitə görə hazırda nəqliyyatın hərəkəti üçün təhlükəsizdir. Kilsə ilə sərhəd xətti arasında kifayət qədər böyük boşluq olduğu üçün onun yerləşdiyi ərazi ilə də bağlı heç bir problem yaranmayıb”, - Paşinyan bildirib.

Xatırladaq ki, mayın 15-də Azərbaycan və Ermənistan sərhədində iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların 9-cu iclası keçirilib. Görüşün yekunları üzrə Protokol imzalanıb. Tərəflər növbəti görüşün tarixi və yeri barədə razılığa gəliblər.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
bakupost.az

1Mənbələr