AZ

“Amazon” Almaniyaya 7.8 milyard dollar sərmayə qoyacaq

“Amazon” özünün bulud platforması - AWS (Amazon Web Services) daxilində Almaniyada "suveren bulud" (metaməlumatlar daxil olmaqla, bütün məlumatları bir ölkədə saxlayan və onlara xaricdən girişin qarşısını alan rəqəmsal bulud) yaratmaq üçün təxminən 7.8 milyard dollar sərmayə qoyacaq. Bu barədə Amerika şirkəti məlumat yayıb.

Fins.az xəbər verir ki, planlaşdırılan investisiyalar hər il alman şirkətlərində orta hesabla 2800 tam iş yeri təmin edəcək.

Verilən məlumatlarda qeyd olunur ki, AWS Avropanın “suveren buludu” “The AWS European Sovereign Cloud”-un yaradılması və istismarı üçün yeni vakansiyalar açacaq. Bunlara proqram mühəndisləri, sistem tərtibatçıları və “həll yollarının memarları” daxil olacaq və “suveren bulud”-un bütün əməliyyatları yalnız məlumat mərkəzlərinə giriş, texniki dəstək və müştəri xidmətləri daxil olmaqla, Aİ-də yerləşən işçilər tərəfindən idarə olunacaq.

“Bu sərmayə müştərilərimizə “bulud”-da verilənlərə nəzarət, məxfilik və təhlükəsizlik üçün müasir alətlər dəsti təqdim etmək öhdəliyimizi əks etdirir”, - deyə “AWS Sovereign Cloud” üzrə vitse-prezidenti Maks Peterson bildirib. "Biz yeni yerli istedadların inkişafına və müştərilərimizə tələb olunan əməliyyat suverenliyi səviyyəsini təmin etməyə kömək edəcək infrastrukturun inkişafına böyük sərmayə qoyuruq", - Peterson qeyd edib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
fins.az

1Mənbələr