AZ

Putin Cinpin birgə bəyanat imzalayıblar

Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, mərasim iki lider arasında 2,5 saata yaxın davam edən dar və geniş tərkibdə danışıqlardan sonra Pekindəki Böyük Xalq Zalında baş tutub.

Ümumilikdə Pekində aparılan danışıqlar nəticəsində Rusiya Federasiyası və Çin Xalq Respublikasının nümayəndələri 10 hökumətlərarası sənəd imzalayıblar.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
herbiand.az

1Mənbələr