AZ

“AFFA-dan “Neftçi”yə zəng getdi ki, onu baş məşqçilikdən çıxarın” - Video

style='margin-bottom:10px;'>

"Əsgərin fikri nədir? General olmaq. Məşqçinin fikri nədir? Yaxşı nailiyyət qazanmaq, yaxşı komandada çalışmaq, millinin baş məşqçisi olmaq. Artıq onların qarşısına qadağa qoyulur ki, səndən baş məşqçi ola bilməz, sən azərbaycanlısan. Bu düzgün deyil". 

QOL.az xəbər verir ki, bu sözləri ARB 24-ə açıqlamasında Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib.

O, hazırda Azərbaycan millisinin baş məşqçi vəzifəsinin boş olmasına toxunub. R.Musayev bildirib ki, bu vəzifəyə mütləq əcnəbi yox, yerli mütəxəssis gətirilməlidir: 

"Bir də deyirəm, gəlin baxaq, görək, hansı əcnəbi məşqçi gəlib Azərbaycan millisinə kömək oldu? Bu gün nəticəyə gələ bilmirlər ki, kimi baş məşqçi qoyaq. Mən buradan deyirəm. Tərlan Əhmədovu baş məşqçi təyin etsinlər. O, nəticə qazanamasa, mən Azərbaycanı tərk edəcəyəm. Sözümü deyirəmsə, ona cavabdehəm. Amma mane olmamaq şərti ilə. Vaxtilə "Neftçi" axırıncı pillədə olanda, məşqçi axtaranda mən zəmanət verdim. Tərlan Əhmədov "Neftçi"yə baş məşqçi təyin olundu, avrokuboklara vəsiqə də qazandı. Amma sonra onu işdən çıxardılar. Niyə çıxardılar? Çıxartdırdılar! Yenə də AFFA-dan zəng getdi ki, Tərlan göndərilməlidir. Niyə? Çünki Ramin Musayevin adamıdır". 

Qeyd edək ki, Azərbaycan millisinin son baş məşqçisi Canni de Byazi ilə yollar ötən ilin noyabr ayında ayrılıb. Komandanı yoxlama oyunlarına millinin məşqçisi Arif Əsədov çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr