AZ

Xaricdən gətirilən avtomobillər 6 min manat - BAHALAŞIB

Bu ilin yanvar-aprel aylarında xaricdən Azərbaycana ümumilikdə 502 milyon 621 min dollar dəyərində 27 min 838 ədəd avtomobil gətirilib.

FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 7% və ya 2 017 ədəd azalıb, dəyəri  baxımından 16% və ya 69 milyon 474 min dollar artıb. 2023-ci ilin müvafiq dövründə Azərbaycana 433 milyon 147 min dollar dəyərində 13 min 939 ədəd avtomobil idxal edilib.

Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 55 dollar (30 min 694 manat), ötən ilin eyni dövründə isə 14 min 58 dollar (24 min 664 manat) olub. İdxal qiyməti son bir il ərzində 3 min 547 dollar (6 min 30 manat), yəni 24% artıb

Hesabat dövründə idxal olunan avtomobilərin 4 milyon 396 min dollar dəyərində 76 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 439 milyon 400 min dollar dəyərində 25 min 3 ədədi minik avtomobilləri, 161 milyon 770 min dollar dəyərində 5 min 111 ədədi hibrid, 43 milyon 429 min dollar dəyərində 1 012 ədədi elektromobillər, 46 milyon 319 min dollar dəyərində 2 627 ədədi yük, 12 milyon 504 min dollardəyərində 132 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
3
fed.az

4Mənbələr