AZ

Putin: Daha ədalətli və demokratik çoxqütblü dünya nizamı yaradılması üçün çalışırıq

Rusiya və Çin beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamı və bütün ölkələrin maraqlar balansını yaratmaq üçün birlikdə çalışır. Bunu Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Rusiya-Çin danışıqlarının yekunları üzrə mətbuata açıqlamasında deyib. Məlumatı “İzvestiya.ru” verib. 

“Hər iki ölkə müstəqil və azad xarici siyasət yürüdür. Biz Birləşmiş Millətlər Təşkilatının və onun Təhlükəsizlik Şurasının mərkəzi roluna, beynəlxalq hüquqa, mədəni və sivilizasiya müxtəlifliyinə, bütün iştirakçıların maraqlarının balanslaşdırılmasına əsaslanmalı olan daha ədalətli və demokratik çoxqütblü dünya nizamının formalaşdırılması üçün birlikdə çalışırıq”, - Rusiya lideri bildirib.

Putin qeyd edib ki, hər iki ölkə Ümumdünya Ticarət Təşkilatı (ÜTT), İyirmilik Qrupu (G20) və digər beynəlxalq təşkilatlarda islahatların aparılmasının və onların siyasətdən kənar olmasının, müasir reallıqlara uyğunlaşdırılmasının tərəfdarıdır, həmçinin Asiya-Sakit Okean regionunda qapalı hərbi qurumların yaradılmasının əleyhinədir.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
xalqqazeti.az

1Mənbələr