AZ

İran ölkədən kənar qətllər üçün cinayatkarları cəlb edir

İran İslam Respublikası bir neçə ildir ki, ölkədən kənar müxaliflərini öldürmək məqsədi ilə cinayətkar dəstələrədn istifadə edir.

“Spektator” dərgisi ölkədən kənar müfaxilərin öldürülməsi məqsədi ilə İranın bu metodu barədə yazıb.

Dərgi bu barədə məlumatlı olan Amerika rəsmisinə istinadən İranın cinayətkarlara iri məbləğlər ödəməklə ABŞ və Avropada müxalifləri öldürməyə cəlb etdiyini yazıb.

Bu metodla İran özü birbaşa cinayətdə iştirak etmədən və məsuliyyətdən uzaq durmaqla cinayət göstərişi verə bilir.

Dərginin hesabatına əsasən 840-cı Şöbə SEPAH-ın Qüds Qüvvələrinin İranda informasiya toplama qollarından biri olaraq həmin metoddan ölkədən kənar qətl planları üçün istifadə edir. 

İran hakimiyyəti qətllər üçün ABŞ-da motosikletli dəstələr və insan qaçaqçılarına üstünlük verir.

Spektatorun hesabatında misal olaraq ABŞ-ın Meriland Ştatında bir müddət əvvəl hakimiyyətin göstərişi ilə 2 iranlının həmin dəstələr tərəfindən öldürülməsinə cəhd qeyd olunub. 

İran bu terroru həyata keçirə bilmək üçün “Cəhənnəm Mələkləri” adında motosikletli dəstənin 2 cinayətkarına 370 min dollar vəd edib.

Dərginin hesabatında əslən kürd olan və ABŞ dövlətinin “Naci Şərif Zindəştinin” Terror Şəbəkəsi adlandırdığı cinayətkar qrupu da qeyd olunub. 

“Zindəşti” şəbəkəsi bir neçə ildir İran hakimiyyətinə müxalifləri, o cümlədən ərəb aktivist Həbib Əsivədin Türkiyyədə oğurlanmasına plan hazırlayaraq onu İrana aparmışdır. 

Taymaz

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
visiontv.az

1Mənbələr