AZ

Avropa çempionatına qatılacaq bədii gimnastlarımız bəlli olub - HEYƏT

Budapeştdə bədii gimnastika üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, mayın 22-26-da baş tutacaq yarışın fərdi mübarizəsində Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.

Milli komandamızı çempionatda qrup hərəkətləri yarışında isə Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina təmsil edəcəklər.

Yeniyetmələrin yarışında Azərbaycan gimnastları Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı xalça üzərinə çıxacaq.

Avropa çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışda ümumilikdə 302 idmançı çıxış edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
10
idman.biz

10Mənbələr