AZ

“Bizdə həmin proqram üzrə hazırlamaq üçün kifayət qədər hərbi psixoloq yoxdur” - Azad İsazadə

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda keçirilən konfransda deyib ki, “Ailə və hərbi psixoloq ixtisasları ali təhsil proqramına daxil edilməlidir. İkinci Qarabağ müharibəsi nəticəsində ailələrə dəymiş psixoloji sarsıntıların aradan qaldırılması istiqamətində işlər görülməlidir”.

Hərbi-psixoloq Azad İsazadə Herbiand.az-a bildirib ki, biz özümüz üçün dəqiqləşdirməliyik ki, ali təhsil proqramına ixtisasları salmaq nə deməkdir:

“Ali məktəblərdə hal-hazırda hərbi psixoloq və ya ailə psixoloqu hazırlamağın mənası yoxdur. Bunu ikinci mərhələdə, bəlkə də magistraturada ayrıca peşə kimi hazırlamaq olar. Amma ümumiyyətlə, o qədər geniş olmasa da proqramın içində bu mövzular sözsüz ki, var”.

Ekspertin sözlərinə görə, ikinci problem ondan ibarətdir ki, bizdə həmin proqram üzrə hazırlamaq üçün kifayət qədər hərbi psixoloq yoxdur:

“Hətta, hərbi akademiyada proqram daxilində hərbi psixologiyaya aid məsələlər var, amma dərs deyən hərbi psixoloq yoxdur. Tarix və ya mülki psixoloq kafedrasından olam müəllimlər həmin proqram üzrə dərs keçirlər. Mütəxəssislər hazırlamaq lazımdır, amma daha düzgün olardı ki, hansısa elmi-tədqiqat hərbi psixologiya mərkəzi yaransın, ümumi konsepsiyanı formalaşdırsın və hazırlasın. Hansı mərhələdə hərbi psixoloq kursu keçilməlidir, hansı kursdan sonra hərbi təbliğat başlanmalıdır və s. Magistratura və ya hərbi məktəbin tərkibində hərbi psixoloqlar hazırlamaq olar. Ümumiyyətlə, bizim kifayət qədər suallarımız var və onlara hələ cavab yoxdur. Çünki bunu peşəkarlar oturub konfransda müzakirə etməklə yox, elmi-tədqiqat kimi ümumi konsepsiya hazırlamalıdırlar.”

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
herbiand.az

1Mənbələr