AZ

BMA-da Ulu Öndərə həsr olunan konsert proqramı təqdim edilib

BMA-da

Bakı, 16 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilən “Fortepiano, orqan və klavesin” kafedrasının konsert proqramı olub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kafedranın professorları Tahirə Yaqubova, Rasimə Babayeva, Adilə Mailova, Afaq Rüstəmova, dosentlər Tofiya Cavadova, Dilşad Əliyeva, Məryəm Məlikova, İdris Zeynalov, Nuridə Abbasova, baş müəllimlər Lalə Atakişiyeva və Günel Eyvazzadənin istedadlı tələbələri çıxış ediblər.

Zəngin çalarlı konsert proqramında Ferens List, Arif Məlikov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Frans Şubert, Əzizə Mustafazadə və bira sənətkarların əsərləri dinləyicilərə təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
azertag.az

2Mənbələr