AZ

“Zirə”yə xəbərdarlıq olunub, “Sabah”ın legioneri 4 oyun cəzalanıb

“Zirə”yə

Bakı, 16 may, AZƏRTAC

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın XXXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” ilə matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Kəpəz”in futbolçusu Şakir Seyidov 2 oyun cəzalanıb, klubunu isə 1500 manat ziyana salıb.

“Qarabağ” oyunun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə paytaxt təmsilçisinə xəbərdarlıq edilib.

Həmin görüşdə 4 futbolçusu sarı vərəqə alan Ağdam klubu isə 700 manat cərimələnib.

“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “gənclik şəhəri” təmsilçisi 800 manat cərimə ödəyəcək.

“Qəbələ” ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın hücumçusu Davit Volkov 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Paytaxt təmsilçisi gürcüstanlı forvarda görə 3000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
10
azertag.az

10Mənbələr