AZ

Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ - FOTOLAR

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

Ednews  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.

Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

1715844255_msg586791117-60762.jpg















Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
49
ednews.net

10Mənbələr