AZ

Paşinyan Azərbaycanla delimitasiya üzrə imzalanan protokolu böyük uğur adlandırıb

Baş nazir Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Qazaxla sərhəddə yeləşən Tovuzqala (Tavuş) vilayətində delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.

Ednews xəbər verir ki, bu barədə o, hökumətin iclasında danışıb.

Baş nazirin sözlərinə görə, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub:

"Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir. Bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq".

O, bu prosesə görə baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, mayın 15-də iki ölkə sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib.

Görüş zamanı tərəflər yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrini təsvir edən (SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli xəritəsinə uyğun) protokolu razılaşdırıblar.

Danışıqlardan sonra yeni protokol da imzalanıb. Növbəti görüşün tarixi və yeri yaxın vaxtlarda razılaşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
9
ednews.net

10Mənbələr