AZ

BMT COP29-dan mühüm nəticələr gözləyir - Vladanka Andreyeva

Bakı. Trend:

BMT Azərbaycanın sədrliyi altında COP29-dan mühüm nəticələrgözləyir.

Trend xəbərverir ki, bu barədə BMT-nin Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreyeva "GSMA M360 Eurasia 2024"konfransında deyib.

"COP29-dan gözləntilər böyükdür. Buraya, həmçinin, iqlimkonfransına qoşulmuş 195 ölkə üçün yeni kollektiv maliyyə hədəfininrazılaşdırılması, eləcə də istixana qazlarının emissiyalarınınazaldılmasındakı uğurları əks etdirən şəffaflığa dair hesabatlarınqəbul edilməsi daxildir", - deyə o bildirib.

Onun sözlərinə görə, COP29 hökumət, özəl sektor və elmiictimaiyyət ilə birlikdə Azərbaycanın iqlim ambisiyalarınıdəstəkləməyə və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinireallaşdırmağa imkan verəcək.

"Həmçinin, COP28-də əldə edilmiş razılaşmaların icrasını təminetmək və yadda saxlamaq lazımdır ki, ÇNL birdəfəlik tədbir deyil,keçmiş COP28, gələcək COP29 və COP30 da daxil olmaqla, müxtəlifölkələrin sədrliyi ilə keçirilən bir neçə sessiyanı əhatə edənuzunmüddətli prosesdir", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
2
az.trend.az

1Mənbələr