AZ

Fransa naziri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirib

Fransa naziri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirib.

APA xəbər verir ki, bu iddialarla Fransanın daxili işlər naziri Jerar Darmanin çıxış edib.

Nazir “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib.

Daxili işlər naziri müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini də iddia edib.

Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var.

Xatırladaq ki, bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib.

Bundan sonra etirazlar başlayıb.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.

Lamiyə Şirinova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
20
apa.az

10Mənbələr