AZ

“Azərbaycanla delimitasiya görüşünün nəticələri böyük uğurdur” – Paşinyan


Ermənistan Baş naziri Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri hökumətin iclasında bildirib.
Paşinyan bunun Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olduğunu qeyd edib.
“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə Baş nazir bildirib.
O, bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
7
yeniavaz.com

10Mənbələr