AZ

Braziliyada daşqınlar zamanı 150 nəfər ölüb, 112 nəfər itkin düşüb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar zamanı həyatını itirənlərin sayı 150-yə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə təbii fəlakət zamanı 112 nəfər itkin düşüb.

Sel və daşqınlardan ümumilikdə 2 milyon 120 min insan zərər çəkib.

Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində axtarış-xilasetmə işləri davam edir.

620 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Bölgəyə üçüncü dəfə səfər edən prezident Luiz İnasio Lula da Silvanın zərərçəkənlərə yeni yardım paketləri ayrılacağını qeyd edib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
e-huquq.az

1Mənbələr