AZ

“Android” telefonları üçün yeni funksiya: Fırıldaqçılar süni intellektlə aşkarlanacaq

Bakı. Trend:

“Google”, “Android” istifadəçilərinin telefon fırıldaqlarınınqurbanı olmasının qarşısını almaq üçün yeni təhlükəsizliktədbirləri üzərində işləyir.

Trend-in məlumatına görə, şirkət I/O developer konfransındayeni zəng izləmə funksiyasını sınaqdan keçirdiyini elan edib.

“Google” bildirir ki, “Gemini”nin kiçildilmiş versiyası olan"Gemini Nano" cihazda işliyəcək. Fırıldaqla əlaqəli dilnümunələrini aşkar edə bilən süni intellekt istifadəçiləri realvaxtda xəbərdar edəcək. Məsələn, telefon danışığı zamanı qarşıtərəf sizin şəxsi məlumatlarınızı və ya kart şifrlərinizi soruşsa,süni intellekt sizi xəbərdar edəcək.

Qeyd edək ki, “Gemini Nano” tərəfindən izlənilən söhbətlərtamamilə cihazda baş verdiyi üçün gizli qalacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
az.trend.az

1Mənbələr