AZ

ABŞ Ukraynaya hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları (ABŞ) silah və hərbi texnikanın yeni partiyasını Ukraynaya göndərməyə hazırlaşır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Ian Pyer brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ hazırda Ukraynaya təcili ehtiyac duyulan başqa yardım paketi üzərində işləyir. Lakim mətbuat katibi yeni paketə nələrin daxil ediləcəyini açıqlamayıb.

O, nəzərə çatdırıb ki, ABŞ Xarkov vilayətində ukraynalı müdafiəçilərə yardım göstərməyə çalışır, çünki orada Ukrayna qüvvələri Rusiyanın hücümlarının qarşısını almaq üçün şiddətli döyüşlər aparırlar. Rusiyanın bunu Ukrayna sərhədi boyunca dayaz bufer zonası yaratması üçün etdiyi məlumdur.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
konkret.az

1Mənbələr