AZ

“Həm ölkəmizdən, həm də xaricdən bir neçə klubdan təklif var” – Turan “Neftçi”də?

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov növbəti mövsümdən karyerasına “Neftçi”də davam edə bilər.

“Football-plus.az” olaraq bu barədə oyunçunun özüylə danışmağı lazım bildik. O, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumat haqda bunları dedi:
“Açığı, heç kimlə özüm danışmıram. Bu məsələlərlə menecerim maraqlanır. Onun mənə verdiyi bilgiyə görə, həm ölkəmizdən, həm də xaricdən bir neçə klubdan təklif var. Menecerim şərtlərimi və tələblərimi bilir. Əvvəl bu yöndə ilkin razılıq əldə edilməlidi. Tam real təklif olduğu təqdirdə nəsə ola bilər. Hələ ki təklif aldığım klubların adını açıqlamaq istəmirəm”.

Xatırladaq ki, Turanın “Araz-Naxçıvan”la müqaviləsinin müddəti iyunun sonunda başa çatır.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
football-plus.az

1Mənbələr