AZ

HƏMAS nümayəndə heyəti “İslami Cihad”ın baş katibi ilə GÖRÜŞDÜ – FOTO

HƏMAS nümayəndə heyəti Hizbullah lideri ilə danışıqlardan sonra “İslami Cihad”ın baş katibi ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Fələstin İnformasiya Mərkəzi məlumat yayıb. Bildirilir ki, Qəzza zolağı rəhbərinin müavini əl-Hayinin başçılıq etdiyi HƏMAS nümayəndə heyəti “İslami Cihad”ın baş katibi əl-Nahala ilə görüşüb. Qəzza zolağı ətrafında vəziyyət müzakirə edilib.

Tərəflər Livan, İraq və Yəməndə “müqavimət oxu”nun dəstəyini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, mayın 15-də əl-Həyya Hizbullah lideri Nəsrullahla görüşüb.

“Müqavimət oxu” İranın regiondakı peyklərinə istinad etmək üçün istifadə etdiyi termindir.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
interpress.az

1Mənbələr