AZ

Antalya Hava Limanında kütləvi ZƏHƏRLƏNMƏ: 42 nəfər xəstəxanaya yerləşdirildi

Antalya Hava Limanında xidmətdə olan 4 polis və 38 özəl mühafizəçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

BAKU.WS Türkiyə mediasına isatinadən xəbər verir ki, hava limanında bəzi işçilər gecə saatlarında ishal, qusma və yorğunluqdan şikayət etdikdən sonra əraziyə həkim qrupları cəlb edilib.

42 nəfər Təcili Tibbi Yardım qrupları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına aparılıb.

Onlardan 11-nin evə buraxıldığı bildirilir.

Məlumata görə, onlar toyuqdan zəhərlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
baku.ws

1Mənbələr