AZ

Əfv Komissiyasının sonuncu iclasının tarixi açıqlandı

Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb.

Qeyd edək ki, Komissiyanın son iclasınadək baxılan müraciətlərin sayı 500-ə yaxın idi.

Əfv Komissiyasının növbəti iclasları başa çatıbmı və ümumilikdə neçə müraciətə baxılıb?   

Məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid “Cebhe.info”-ya bildirdi ki, Əfv  Komissiyasının dünən iclası olub və bu hələ sonuncu iclas deyil:

“Daha bir iclas da olmalıdır və çox güman ki, mayın 22-də keçiriləcək. Ondan sonra sənədlər yekunlaşdırılıb cənab Prezidentə təqdim olunacaq. İndiyədək 6 iclas olub, hər birində 100-dən artıq işə işə baxılıb”.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
cebheinfo.az

10Mənbələr