AZ

“Böyük uğurdur: 1979-cu il xəritələri…” – Paşinyan sevindi

“Delimitasiya və demarkasiya prosesi çərçivəsində baş verənləri böyük uğur hesab edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir əvvəllər mövcud olmuş sərhəd xəttinin bərpa edildiyini bildirib:

“Suverenliyimiz və müstəqilliyimizin daha da inkişafı üçün mühüm təməl daşı qoyuldu. Müstəqillik əldə etdikdən sonra respublikamızın rəsmi olaraq delimitasiya olunmuş sərhədi var. Bu da Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək. Demarkasiya 1976-cı ildə koordinatları müəyyənləşdirilən və 1979-cu ildə yoxlanışdan keçmiş xəritələr əsasında həyata keçirilir. Bizim üçün prioritet iki ölkə arasında yeni sərhədin yaradılması deyil, Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədləri bərpa etmək idi”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
bakuinform.agency

1Mənbələr