AZ

Bu gün ADA Universitetində "İqlim-Su Zirvəsi" adlı beynəlxalq konfrans keçirilib

Tədbirdə ADA Universitetinin prorektoru Fariz ismayılzadə, “Dayanıqlı gələcək komissiyası”nın Türkiyə tərəfdən sədri Doğan Başaran, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, FAO Tərəfdaşlığı və Proqramı üzrə mütəxəssis Aynur Seidyusif, Azərbaycan Su Ehtiyatları Agentliyinin nümayəndəsi Mir Mövsüm Dadaşov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və deputat Jalə Məmmədova iştirak edib.

Ednews xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanda və dünyada iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli məsələlərə toxunublar:

Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib.  O bildirirb ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir.İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.

Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Məlumat verilib ki, iqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii su ehtiyatlarından düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsəddir. 

Qeyd olunub ki, Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.

Əkbər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
2
ednews.net

3Mənbələr