AZ

Peskov: Çinin Ukrayna sammitində iştirakı sammitin effektivliyini artırmayacaq

"Ukrayna üzrə Rusiyanın iştirakı olmadan İsveçrədə keçiriləcək beynəlxalq sammit perspektivli deyil. Çinin balanslaşdırılmış yanaşması bizim nöqteyi-nəzərimizdən yalnız istənilən konfransı gücləndirə bilər, lakin bu, konkret tədbirin effektivliyinə töhfə verməyəcək".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim nöqteyi-nəzərimizə görə, bu konfransın özü çətin ki, həll yolu tapmaq üçün ciddi cəhd kimi görünsün”, - Peskov deyib.

Peskovun açıqlamalarından Çinin İsveçrədəki konfransda iştirak edib-etməyəcəyi tam aydın deyil. Çin birbaşa iştirakını inkar etməyib, lakin təsdiq də etməyib. Mayın əvvəlində Fransaya səfərindən sonra Si Cinpin Çinin lazımi vaxtda beynəlxalq sülh konfransının keçirilməsinin tərəfdarı olduğunu və bunun həm Rusiya, həm də Ukrayna tərəfindən tanınacağını bildirib.

Qeyd edək ki, beynəlxalq konfrans 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. Dəvət olunmuş 160 ölkədən 50-si artıq iştirakını təsdiqləyib. Ukrayna Rusiya nümayəndə heyətinin iştirakına qarşı çıxıb. Kreml belə tərkibdə konfransın mənasız olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın sammitdə iştirak ehtimalını rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
operativmedia.az

1Mənbələr