AZ

ABŞ Qəzza sahilində müvəqqəti liman tikib: "Yardımlar buradan daha tez çatdırılacaq" - "Qəzzaya heç bir ABŞ əsgəri girməyib"

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağının sahilində yeni liman tikib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə CENTKOM məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında humanitar yardım üçün qurulan müvəqqəti limanda işlər artıq tamamlanıb: "Bu liman vasitəsilə yardımlar bölgəyə daha operativ çatdırılacaq".

Açıqlamada xüsusi vurğulanıb ki, heç bir ABŞ əsgəri Qəzzaya girməyib: "Humanitar yardım daşıyan yük maşınları ilə gələn yardımın bir neçə gün ərzində sahildən daşınması ali məqsdimizdir. Bu proses BMT-nin müvafiq qurumlarının birbaşa iştirakı koordinasiya ediləcək”.

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
mia.az

1Mənbələr