AZ

Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya birgə şirkət quracaq

Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üzrə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə şirkəti Buxarestdə yerləşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“Tbilisidə Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edən ölkələrin energetika nazirlərinin görüşü baş tutub. Belə ki, Azərbaycan, Bolqarıstan, Macarıstan və Gürcüstanın nümayəndələri Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsini müzakirə ediblər.

Tərəflər dörd ölkənin müştərək şirkətinin yaradılması və onun yerini müzakirə ediblər. Hazırkı mərhələdə Rumıniyanın paytaxtı Buxarestə baxılır”, - məlumatda deyilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
4
iqtisadiyyat.az

5Mənbələr