AZ

Rəşad Haqverdiyev: "18 əl baqajı toplama nöqtəsi və özünəxidmət məntəqəsi açılacaq"

AZAL transformsiya dövrünü yaşayır.

FED.az  xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları Sağlamlıq, Təhlükəsizlik, Keyfiyyət və Ətraf Mühit direktoru Rəşad Haqverdiyev “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, biz təyyarə parkımızı yeniləyiirk. Biz 20-dən çox airbus təyyarə ilə yeniləməyi düşünürük. Bu addımlar 20% yanacaq istifadəsini azaldacaq. Bundan əlavə olaraq bizim komanda yeni bir proqram təminatından istifadə edir, bu sistem vasitəsilə ən yaxşı marşrut tapılacaq və karbon emissiyası azalacaq.

"AZAL özünə xidmət, check-in xidmətindən istifadə edir. 18 əl baqajı toplama nöqtəsi və özünəxidmət (Self check-in) məntəqəsi açıqlacaq. Bu görülən işlər 1 il ərzində 10 ton kağıza qənaət etmək deməkdir. AZAL tullantıların emalı ilə bağlı layihələr həyata keçirir. Hər il 15 ton  kağız tullantını emal edəcəyik. Biz bu layihəni həyata keçirəcəyik."  - deyə Rəşad Haqverdiyev əlavə edib. 

O qeyd edib ki, AZAL hər il ağacəkmə layihələrində də iştirak edir. Ekologiya Nazirliyi ilə birgə Bakı və rayonlarda minlərlə ağac əkirik. 5 hektar ərazidə yerləşən aeroportumuzda olan 3000 ağac kolunun suvarılması məqsədi ilə Biz müasir suvarma sistemlərindən istifadə edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
2
fed.az

3Mənbələr