AZ

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

“Rabitəbank” ASC-nin səhmdarların ümumi yığıncağının qərarına əsasən, Rəşad Abasov və Zaur Baxşəliyev Müşahidə Şurasına üzv təyin ediliblər. Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.

Rəşad Abasov 2004-2012-ci illərdə Rabitəbankın “Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildən hal-hazıradək Rabitəbankda Audit Komitəsinin sədri vəzifəsində çalışır.

R.Abasov Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarə etməsi” fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.

Zaur Baxşəliyev 15 ildən çox daxili audit sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə “Bank of Azerbaijan” ASC-nin audit köməkçisi kimi başlayıb və daha sonra “Garant Holding” MMC-də və “Aqrar Tədarük və Təchizat” ASC-də audit bölməsi üzrə rəhbər vəzifələrinə kimi yüksəlib. 2015-2017-ci illərdə “Rabitəbank” ASC-nin Daxili audit departamentinin baş auditoru və şöbə rəisi olaraq çalışıb. 2019-2024-cü illərdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeli strukturu olan “ADY Ekspress” MMC-nin Daxili audit xidmətinin rəhbəri olaraq çalışır. Z.Baxşəliyev 2024-cü ilin fevral ayından etibarən Rabitəbankda Audit Komitəsinin müstəqil üzvü kimi də fəaliyyət göstərir.

Z.Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr pillələrində təhsil alıb.

Qeyd edək ki R.Abasov və Z.Baxşəliyev, həmçinin Rabitəbankda Korporativ idarəetmə və Risklərin idarəetməsi komitələrinin üzvü kimi də fəaliyyət göstərəcəklər.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
19
banker.az

10Mənbələr