AZ

Slovakiyanın Baş nazirinin son vəziyyəti açıqlanıb: Həyati təhlükə sovuşub

Slovakiyanın

Vyana, 16 may, AZƏRTAC

Mayın 15-də odlu silahdan açılan atəşlə sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso üçün həyati təhlükə sovuşub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Baş nazirin müavini Tomaş Taraba mətbuata verdiyi açıqlamada təsdiqləyib. Bildirilib ki, ağır yaralanmış Baş nazirin vəziyyəti bir neçə saat davam edən əməliyyatdan sonra sabit olaraq qiymətləndirlir və 59 yaşlı siyasətçi əməliyyatdan sonra tam ayıq vəziyyətdədir.

Mətbuatda yayılan ilk məlumatlarda Baş nazirin bir güllə yarası aldığı bildirilsə də, sonradan verilən açıqlamalarda güllə yaralarının sayının üç olduğu qeyd edilib.

İlkin məlumatlara görə, hadisəni törədən 71 yaşlı şəxs yazıçıdır və qanuni şəkildə silah saxlama hüququna malik olub. Onun hökumətin siyasəti ilə razı olmadığı və sui-qəsdin siyasi motivlər əsasında törədildiyi ehtimal olunur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
azertag.az

3Mənbələr