Qərbi Kanadada meşə yanğınları ilə əlaqədar olaraq 6600 nəfərin təxliyyə qərarı verilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Alberta ştatının Wood Buffalo bölgəsində yaşayan insanlar daha təhlükəsiz ərazilərə köçürülür.
Wood Buffalo Regional Bələdiyyəsi tərəfindən “lokal fövqəladə vəziyyət" elan edilib.
Sürətlə yayılan meşə yanğınları səbəbindən yerli və magistral yollarda uzun tıxaclar yaranıb.
Qeyd edək ki, Alberta ştatında 209 kvadrat kilometrlik ərazidə yanğınlar davam edir.
Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə