AZ

Yaşıl enerji sahəsində potensial layihələr müzakirə edilib

"China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu. Şirkətlə yaşıl enerji sahəsində potensial layihələri müzakirə etdik, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.

"Gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə inanırıq", - nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
vergiler.az

6Mənbələr