AZ

“Flame” MTK cərimə edildi – SƏBƏB

“Flame” Mənzil Tikinti Koperativində aparılan yoxlama zamanı nöqsanlar aşakar edilib.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı MTK-nın İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.2-ci maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

MTK ilə bağlı işə 23 may tarixində hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
tribunainfo.az

1Mənbələr