AZ

Bodrumda dənizdən saat yarıma 2,5 ton zibil çıxarıldı - VİDEO

Məşhur turizm mərkəzlərindən biri olan Bodrumda hər kəsi şoka salan hadisə yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, könüllülərin "Dənizə ən çox mavi yaraşır" şüarı ilə başlatdığı təmizlik aksiyasında dəniz dibindən tonlarla zibil çıxarılıb.

Könüllü dalğıclar 1.5 saatlıq təmizlik işlərindən sonra 2.5 ton məişət tullantıları çıxarıblar.

Dənizdən qısa müddətdə bu qədər tullantı çıxarılması hər kəsi şoka salıb.

Bodrum bələdiyyə rəhbəri Tamer Mandalinci bu aksiyaynın artıq 10 ildir həyata keçirilidiyini bildirib:

"Bodrumda Yalıkavakdan sahil təmizləməsinə başladıq. Bələdiyyədən 13 könüllü dalğıc dostumuz "Dənizə ən çox mavi yaraşır" şüarı altında təmizlik işləri gördü.

10 ildir ki, bələdiyyə tərəfindən davam etdirilən bir aksiyadır və mövsümün başlanğıcında müxtəlif məhəllələrdə bu işləri görürük.

1,5 saat ərzində onlar təxminən 2,5 ton dəniz tullantısını çıxarıblar. Sahildən isə təxminən 1,5-2 ton tullantı topladıq.

Biz ətraf mühiti, təbiətimizi, yaşadığımız şəhəri və əlbəttə ki, Türkiyəmizi təmiz saxlamağa çalışırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
baku.ws

1Mənbələr