AZ

Qazaxıstan Vyetnama Orta Dəhlizin imkanlarını araşdırmağı təklif edir

Qazaxıstan

Bakı, 16 may, AZƏRTAC

Qazaxıstan Vyetnam şirkətlərini Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarını araşdırmağa dəvət edir.

AZƏRTAC Qazaxıstan Respublikası hökumətinin bəyanatına istinadla xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu, Vyetnam ixracatının dəniz yolları ilə müqayisədə Şərqdən Qərbə 3-4 dəfə tez həyata keçirilməsinə imkan verəcək və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

“Biz Orta Dəhlizi Asiya ilə Avropa arasında ən optimal marşrut hesab edirik. Həmçinin Lianyunqanq dəniz limanında Qazaxıstan-Çin terminalının və Siandakı quru limanın imkanlarından istifadə etməyi təklif edirik”, - deyə S.Jumanqarin vurğulayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
azertag.az

1Mənbələr