AZ

Azərbaycan apreldə OPEC kvotasını 86,4 % istifadə edib

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,4 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
6
report.az

6Mənbələr