AZ

Vaxtından əvvəl yetişdirilmiş çiyələyin faydası çoxdur, yoxsa ZƏRƏRİ?

Yaz fəsli gələr-gəlməz bazarların və bir çox iri marketlərin piştaxtalarında mövsümündən tez yetişən meyvələr yer almağa başlayıb. Xüsusilə də, bu meyvələr sırasında daha çox gözə çarpan çiyələkdir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bazarlara çıxarılan həmin çiyələklər ənənəvi çiyələklərdən bir neçə dəfə böyük olur. Heç kəsə sirr deyil ki, bu növ çiyələklər xüsusi istixanalarda, kimyəvi tərkiblərlə bəslənərək bazarlara çıxarılır.

Aparılan araşdırmalar göstərir ki, həmin çiyələk növləri “Anjelika” adlanır və əlbəttə ki, insanlar mövsümün nübar məhsulu kimi ailəsinin ondan dadmasını istəyir.

Bu isə nəticədə bir sıra fəsadlara, ilk növbədə zəhərlənmələrə yol açır.

Müxtəlif çiyələk növlərinin yetirşdirilməsi və bazarlara çıxarılması ilə Zaqatalada yerli fermerlər də məşğul olur. Lakin buranın iqlim şəraiti və çiyələyin ilkin yetişdirilməsinə lazım olan kimyəvi vasitələrin bahalılığı fermerlərin bu işə marağını xeyli azaldıb.

Mütəxəxəssislər bildirir ki, istixana şəraitində yetişdirilərək mövsümündən tez bazarlara çıxarılan çiyələklərin sağlam qalması üçün 30-a yaxın müxtəlif kimyəvi preparatlardan istifadə olunur. Adətən belə məhsulların toxumu olmur və kəsərkən içərisi boş olur. Bu səbəbdən də məsləhət görülür ki, belə məhsullardan az istifadə olunsun.

Yerli fermerlər hava şəraiti imkan verdiyi təqdirdə may ayının sonuna özlərinin təbii şəraitdə yetişdirdikləri məhsulları bazara çıxara biləckəklərini diqqətə çatdırırlar. Bu çiyələk növü isə “Viktoriya” adlandırılır və əvvəlkindən həm dadına, həm də təhlükəsizliyinə görə dəfələrlə fərqlənir.

Əlbəttə ki, həkimlər də tez yetişdirilərək bazarlara çıxarılan çiyələklərdən istifadəni məqbul saymır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsindən bildirilirir ki, bu il qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edənlərin sayında xeyli artım qeydə alınıb.

Bunların sırasında aprel ayında bazarlardan alınan çiyələyi qəbul edənlər də az deyil.

Zəhərlənmə halları ilk növbədə azyaşlılarda və yeniyetmələrdə qeydə alınıb. Xəstəxanadan o da bildirilib ki, çiyələkdən zəhərlənənlər sırasında ciddi fəsadlar olmasa da, çalışmaq lazımdır ki, azyaşlılar, ümumiyyətlə, həmin məhsulları qəbul etməsin.

Bir daha mütəxəssislərin araşdırmalarına istinadən bildirmək istəyirik ki, mövsümün əvvəlində bazarlara çıxarılan bu cür meyvələr genetik modifikasiya olunub və kimyəvi maddələr vurularaq yetişdirilib. Belə meyvə və giləmeyvələr insan həyatı üçün olduqca təhlkəlidir.

Ümumiyyətlə, çiyələyin faydalarına gəlincə isə bu meyvə immuniteti gücləndirir, qaraciyərə yaxşı təsir edir. Çiyələk əsrin bəlasına çevrilən xərçəng xəstəliyinə qarşı qoruyucu hesab olunur.

Odur ki, yediyimiz məhsulların mənşəyinə, yetişdirilmə və ən əsası da saxlanma şəraitinə diqqət yetirməklə özümüzü və sevdiklərinizi çox böyük bəlalardan qoruya bilərik.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
17
bizim.media

10Mənbələr