AZ

Güllələnən Slovakiya Baş nazirinin son durumu açıqlandı

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatı hələ də təhlükədədir.

Heftelik.az  xəbər verir ki, bu barədə Markiza telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, dünən sui-qəsd cəhdində güllə yarası alan Baş nazir əməliyyat olunsa da həyati təhlükəsi qalmaqda davam edir.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Baş naziri güllələyən şəxs saxlanılıb. Onun slovakiyalı yazıçı Yuray Çintula olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Robert Fitsonun son rəsmi səfəri mayın 7-də Azərbaycana olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
heftelik.az

1Mənbələr