AZ

“Tələb edəcəyəm ki, mənə sanksiya tətbiq etsinlər…” - Mamuka Mdinaradze

Yazını böyüt
Yazını kiçilt

“Şəxsi sanksiyalardan çox danışırlar, bununla əlaqədar tələb edəcəm ki, əgər belə bir mexanizm işə salınarsa, başqalarını rahat buraxsınlar və mənə sanksiya tətbiq etsinlər”.

Hafta.az-ın yazdığına görə, bunu parlament çoxluğunun üzvü Mamuka Mdinaradze deyib.

“Bu tələbi həddən artıq fədakarlıq kateqoriyasına salmayıb, mən sadəcə qanunun qəbuluna görə sanksiya tətbiq edilmiş ilk qanunverici kimi dünya tarixinə düşmək istəyirəm!”, - o deyib.

Mdinaradze çıxışını bu sözlərlə tamamlayıb: “Əgər buna əlavə etsək ki, söhbət şəffaflıq qanunundan gedir, eyni zamanda, mən bəyannamənin doldurulması ilə bağlı qanunun çıxarılması/qəbul edilməsinə görə sanksiya tətbiq edilmiş ilk və sonuncu qanunverici olacağam!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
hafta.az

1Mənbələr