AZ

İqtisadiyyatla bağlı "Axşambazarı” bülleteni hazırlanacaq

Azərbaycan iqtisadiyyatı ilə bağlı "Axşambazarı”bülleteni hazırlanacaq.

Bülleten Patreon platformasında ayda 2 dəfə yayımlanacaq. Qarşıdakı dövrdə bu sayın 4-ə çıxarılması planlaşdırılır.

İqtisadçı Toğrul Maşallı "Yeni Azərbaycan"a açıqlamasında bildirir ki, bülletenin əsas məqsədi iqtisadiyyatla bağlı müxtəlif sahələrdə araşdırmalar etmək və faydalı məlumatlar ortaya çıxarmaqdır: "Bülletenə biznesmenlər və biznes qurmaq arzusunda olanlar, menecerlər və mütəxəssislər, iqtisadiyyatla bağlı sahələrdə təhsil alanlar və təhsil verənlər, iqtisadiyyatla maraqlanan və ya faydalı məlumat əldə etmək istəyənlər müraciət edə bilərlər. Bülletendəki məlumatlara gəldikdə isə, müxtəlif biznes sektorları ilə bağlı bazar və trend araşdırmaları, yeni iqtisadi qərarlarla bağlı şərhlər, orijinal statistik məlumatlar, iqtisadi proseslərin izahı və şərhi, biznes, investisiya və iş imkanları ilə bağlı tövsiyələr əsas yer tutacaq".

Mütəxəssis həmçinin açıqlamasında  Azərbaycanda iqtisadi sahə ilə bağlı məlumatları tam təqdim edən bir təşkilatın olmadığını bildirir: "Bir çox dünya ölkələrində iqtisadiyyatın ayrı - ayrı sahələri gördüyü işləri, nəticələrini cəmiyyətə açıqlayır. Ölkəmizdə gedən iqtisadi proseslərin nəticələri barədə insanları məlumatlandırmaq üçün bu layihənin tətbiqini labüd gördük".

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
yeniazerbaycan.com

1Mənbələr