AZ

Şarl Mişel Zurabişviliyə təşəkkür, Kobaxidzeyə çağırış etdi

Avropa Şurasının rəhbəri Şarl Mişel Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə telefonla məsləhətləşmələr aparıb.

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, Mişel Gürcüstanda qütbləşmənin aradan qaldırılmasında Zurabişvilinin xüsusi rolunu vurğulayıb və ona bu istiqamətdə göstərdiyi bütün səylərə görə təşəkkür edib.

Eyni zamanda o, Kobaxidzeni siyasi təlatümlərdən çıxış yollarının axtarışını davam etdirməyə çağırıb.

Şarl Mişel vurğulayıb ki, gürcü xalqı öz gələcəyini həll etməlidir və cəsarətli siyasi rəhbərlik buna töhfə verə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
modern.az

2Mənbələr