AZ

Fazil Mustafa: “Soydaşlarımızın sərhədi pozmaq kimi addıma baş vurmaları arzuolunan deyil, qaydalar yumşaldılmalıdır”

16-sı azyaşlı uşaq olmaqla 24 nəfər Azərbaycan vətəndaşının  Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılması müzakirə yaradıb. Bildirilir ki,  quru sərhədlər bağlı, təyyarə biletləri isə bahadır. İnsanlar məcburiyyət qarşısında qalaraq belə yollara əl atırlar. Dövlət Sərhəd Xidmətinin saxlanılma ilə bağlı məlumatı yayması isə qınanılıb. Sərhədlərlə əlaqədar bəzi qadağaların yumşaldılması təklif edilir. 

 

Milli Məclisin komitə sədri Fazil Mustafa da Pravda.az-a açıqlamasında deyib ki, Gürcüstan azərbaycanlılarının ölkəyə daxil olmaları ilə bağlı məsələlərdə müəyyən güzəştlər tətbiq edilməlidir. 

 

“Uzun müddətdir, quru sərhədlər bağlıdır. Amma fərdi qaydada insanların Azərbaycana gəlib-getmələrində, məncə, problem olmamalıdır. Bu istiqamətdə yumşaldıcı addımlar atılmalıdır. Çünki Gürcüstandakı soydaşlarımızın da hamısının Bakı - Azərbaycanla ciddi əlaqələri var. Qohumları, yaxınları buradadır. Yas var, toy var. Buna görə də soydaşlarımızın sərhədi pozmağa cəhd kimi məcburi addıma baş vurmaları arzuolunan deyil. Bu məsələ elə qaydada tənzimlənməlidir ki, insanlar belə metodlara əl atıb qanun pozuntusuna yol verməsinlər. Ən azından normal şəkildə sərhədi keçə bilsinlər”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 May 2024, 11:34   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
pravda.az

1Mənbələr