AZ

"Trendyol" qiymətləri qaldırdı: alış-veriş azalacaq? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycana məhsul çatdırılma xidmətində daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi edilib. Yeni qaydalara əsasən, çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,9 lirədir(10,63 AZN).

“Trendyol”un Bakı ofisindən bildirilib ki, yeni qaydalara əsasən, müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir:

“Məhsulların əksəriyyəti üçün qiymət dəyişməz qalır, yəni minimumla (79,99 TL ) hesablanır. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.



Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a deyib ki, “Trendyol” bazarı yaxşı bilir, analiz imkanları və hədəfi var:

"Bu şirkət əvvəl qarşısına daha çox müştəri cəlb etmək məqsədi qoyurdusa, indi isə daha çox pul qazanmağa çalışır və buna görə də qiymətləri artırır. Yəni, bütün şirkətlər kimi “Trendyol” da daha çox müştəri toplamaq üçün qiymətə xidmət göstərdi. Tanındı və işini qurdu. “Trendyol”un xidməti, keyfiyyəti bəllidir və kifayət qədər də populyardır. Bunu şirkət özü də bilir. İndi isə tədricən qiymətləri qaldırır. Hər zaman belə olur. Ucuz qiymət siyasəti bazarı tutmağa hesablanır. Daha sonra isə qiymətlər artırılaraq pul qazanılır”.

Ekspert qeyd edib ki, "Trendyol"un qiymətləri qaldırmağı ona olan tələbatı azaltmayacaq:

“Onlayn satış kanalı populyardır və bu belə də qalacaq. Hətta, qiymətlər bəzən eyni olsa da, bir müştəri kütləsi var ki, bu onlayn alverin üstünlükləri onlarçün çox əhəmiyyətlidir. Bu həddindən artıq komfortlu üstünlüklərdir. Seçim azadlığı, müqayisə edə bilmək və s. insanlara nəyisə almaq üçün şans verir".

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
bakupost.az

1Mənbələr