AZ

Litva Ordusu “Javelin” TƏİR komplekslərinin növbəti partiyasını təhvil alıb

Litva Ordusu ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən birgə istehsal edilən “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərinin növbəti partiyasını təhvil alıb.

“Poliqon” Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Litva Quru Qoşunlarının bölmələri təhvil alınan “Javelin”lərlə təchiz olunacaq.

“Javelin” TƏİR kompleksi ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
poliqon.az

1Mənbələr