AZ

Elcan Hacıyevin arzusu – Tarix yazmaq

“Mənim üçün dünya çempionatı Olimpiada eyni səviyyədədir”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev (90 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Hacıyevin sözlərinə görə, son gücünə kimi mübarizə aparıb dünya çempionu olub, tarix yazmaq istəyir: “Astanada keçirilən “Böyük Dəbilqə” yarışından gəldiyim üçün bir az bərpaedici məşqlər edirəm. Tatamiyə çıxacağım günə kimi hər şey qaydasına düşəcək. Özümü çox yaxşı hiss edirəm. Bu il mənim üçün çox uğurlu bir il oldu. Demək olar ki, heç bir yarışda medalsız qalmamışam. Ümid edirəm ki, dünya çempionatında da belə olmayacaq”.

O bildirib ki, hər yarışda olduğu kimi bu çempionatda da özünə çox inanır: “Tarix yazacağıma inanıram. Əsas hədəfim qızıl medal qazanmaqdır. Dünya çempionatında təbii ki, güclü rəqiblər olacaq. Bütün ölkələrdən olan güclü cüdoçular mübarizə aparacaqlar. Hamı medal qazanmaq üçün bu çempionata yollanacaq. Çünki çox önəmli yarışdır və buna görə də normal rəqiblər belə güclü ola bilir. Bu səbəbdən də mundail asan keçməyəcək. Təbii ki, asan iş yoxdur. Qələbə üçün özünə inanmalı və istəyinə çatmaq üçün vuruşmalısan. Bu amillər olmasa istəyin sənə imkansız kimi görünə bilər. Amma özünə inansan və istəyin olsa bu imkansız bir şeyin olmadığını görəcəksən”.
Qeyd edək ki, fərdi yarışlar mayın 19-23-də Abu-Dabidəki “Mubadala Arena”da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
idman.biz

1Mənbələr