AZ

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə "COP29 - BEA (Beynəlxalq Energetika Agentliyi) enerji keçidi yüksək səviyyəli dialoq" mövzusunda konfransda iştirak edib.

Bu görüşdə Afrika ölkələri üçün təmiz yemək hazırlamaq təşəbbüsü dəstəklənib.

"Afrika üçün təmiz yemək sammiti"ndə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən COP29 prezidenti Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib, bu barədə Fransanın Azərbaycandakı səfirliyi bildirib.

Makron özü də görüş haqqında yazı paylaşıb. Fransa prezidenti sammit iştirakçıları ilə şəkil çəkdirib. Azərbaycanlı nazir də Makronla fotoşəkil çəkdirməkdən imtina etməyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
turan.az

1Mənbələr